"Qəbələ" qış fasiləsinə 4 xal irəlidə yollanıb

Bu gün I Liqada XI turun oyunları keçirilib.

Presssport.az xəbər verir ki, bu ilin son matçları eyni gündə olub.

Lider “Qəbələ”ylə ən yaxın izləyicisi "Karvan" səfərdə eynihesablı qələbəyə sevinib və aradakı 4 xal fərqi dəyişməz qalıb. 3-cü pillədə gedən "İmişli" isə evdə 2 xal itirib. 

Beləliklə, I Liqada da qış fasiləsi yaranıb və bu, yanvarın 29-dək davam edəcək.

24 dekabr (çərşənbə axşamı)

14:00. “İmişli” – “Cəbrayıl” - 0:0

Hakimlər: Namiq Bəkirov, Səbuhi Soltanov, Səbuhi Əmrahov, Ruslan Quliyev

H.Əliyev adına İmişli şəhər stadionu

14:00. “Baku Sporting” – “Karvan” - 0:2

Qollar: Peter Kinqs, 40. Rəhman Şabanov, 43.

Hakimlər: Rauf Allahverdiyev, Vuqar Bayramov, Aydın Bəxşiyev, Səbuhi Bayramov

“ASK Arena”

14:00. “Mingəçevir” – “Qəbələ” - 0:2

Qollar: Domi Massumo, 8. Şahin Şahniyarov, 46.

Hakimlər: Əli Əliyev, Kərim Zeynalov, Tərlan Talıbzadə, Sənan Bayramzadə

Y.Məmmədzadə adına Mingəçevir şəhər stadionu

14:00. “Qaradağ Lökbatan” – “Zaqatala” - 1:1

Qollar: Həsən Həsənli, 59-öz qapısına – Cavad Qurbanlı, 90+3.

Hakimlər: Mahmud Bağırzadə, Sənan Atayev, Orxan İbişov, Murad Səlimov

Lökbatan OİK stadionu

14:00. “Difai” – MOİK - 0:1

Qol: Əzəmət Ələkbərli, 61- avtoqol

Hakimlər: Vüqar Həsənli, Mirnihat Seyidov, Asif Abdullayev, Niyaz Əhmədov

Şamaxı OİK stadionu

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC