PFL və "Misli"nin təşkilatçılığı ilə idman jurnalistləri arasında intellektual yarış keçirilib

Peşəkar Futbol Liqası (PFL) və “Misli”nin təşkilatçılığı ilə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni ilə həsr olunmuş idman jurnalistləri arasında intellektual yarış keçirilib.

Presssport.a PFL-ə istinadən xəbər verir ki, 70-dən çox media nümayəndəsinin iştirak etdiyi turnir maraqlı və yaddaqalan alınıb. Oyunun əvvəlində xanım iştirakçılara PFL-nin xüsusi hədiyyələri təqdim edilib. Yarışda komandalara müxtəlif dövrlərdə heyətində azərbaycanlı futbolçuların oynadığı əcnəbi klubların adları verilib. Tamamilə Azərbaycan futboluna həsr olunmuş suallar əsasında keçirilən yarışda sona qədər gərgin mübarizə gedib. Belə ki, çempion son turda müəyyənləşib. Yekunda “Volın” komandası qalib, “Fakel” 2-ci, “Nürnberq” 3-cü olub.

Sonda “Volın” komandasına kubok, medallar və pul mükafatı (1000 AZN) təqdim edilib. 2-ci və 3-cü yerin sahibləri isə pul mükafatı (müvafi olara 500 və 300 AZN) qazanıb.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC