Millimizin futbolçusu Albaniyada ilk titulunu qazanıb

Albaniyada Super Kubok uğrunda görüş keçirilib.

Presssport.az xəbər verir ki, həlledici matçda "Eqnatiya" ilə "Kukesi" üz-üzə gəlib. 

Qarşılaşma birincilərin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

"Eqnatiya"da çıxış edən millimizin futbolçusu Zamiq Əliyev bu oyunun iştirakçısı olmayıb. 23 yaşlı mərkəz müdafiəçisi sona qədər ehtiyatda qalmasına baxmayaraq, ötən gecə komandası ilə ilk titulunu qazanıb.

Onu da bildirək ki, "Eqnatiya" 2023/24 mövsümündə həm Albaniya çempionu olub, həm də ölkə kubokunu qazanaraq “qızıl dubl”a imza atmışdı. Maraqlıdı ki, kubokun finalında məhz "Kukesi"ni məğlub etmişdilər. 

Xatırladaq ki, Zamiq 2023-cü ilin iyunundan "Eqnatiya"da çıxış edir. O, bu mövsüm 19 oyunda meydana çıxıb. 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC