Misli Premyer Liqasında bazar dəyəri ən yüksək olan futbolçuların siyahısı yenilənib.
Presssport.az xəbər verir ki, bu barədə "Transfermarkt” onlayn portalı məlumat yayıb.
Belə ki, "10-luğ"un ilk 8 pilləsində "Qarabağ"ın üzvləri yer alıb. Portuqaliyalı yarımmüdafiəçi Leandro Andrade və braziliyalı hücumçu Olavio Juninyo 2 milyon avro ilə 1-2-ci pillələri bölüşdürür. Juninyodan fərqli Andradenin qiyməti yüksəlib.
Millimizin üzvü Nəriman Axundzadənin qiyməti 1,8 milyon avroya yüksəlib. 20 yaşlı yarımmüdafiəçi Ağdam təmsilçisindəki ukraynalı komanda yoldaşı Aleksey Kaşukla birlikdə 3-4-cü sıralardadı.
Azərbaycan çempionunun polşalı qapıçısı Mateuş Koxalski 1,5 milyon avro ilə 5-cidi. Qanalı yarımmüdafiəçi Emmanuel Addai və millimizin müdafəçisi Toral Bayramovun da bazar dəyəri qalxıb. Onlar əlcəzairli orta sahə oyunçusu Yassin Benzia ilə birlikdə 1,2 milyon avro qiymətləndiriliblər və müvafiq olaraq 6, 7 və 8-ci yerdədi.
"Sabah"dan slovakiyalı hücumçu Pavol Safranko 1 milyon avro ilə 9-cudu. "Neftçi"də çıxış edən və qiyməti düşən braziliyalı müdafiəçi Yuri Matiasın da bazar dəyəri 1 milyon avro göstərilib.
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC