Avropanın top komandalarının yeni reytinq siyahısı açıqlanıb.
Presssport.az xəbər verir ki, cədvəldə qitənin 400 ən güclü klubu yer alıb.
Siyahıya Azərbaycanın 4 təmsilçisi daxil edilib. Belə ki, ölkəmizin ən yaxşısı “Qarabağ”dı. 279 xala malik Qurban Qurbanovun komandası 63-cü sıradakı mövqeyini qoruyub.
Əvvəlki reytinqlə müqayisədə 2 addım geriləyən “Neftçi” 19 xalla 256-cıdır. 4 xal az toplayan “Sabah” 5 pillə geriləməklə 282-ci sıraya düşüb. 14 xala malik “Zirə” 291-cidir. Qəsəbə klubu 3 pillə geriləyib.
Onu da bildirək ki, siyahıya 2435 xala malik “Real” başçılıq edir.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC