Estafet yarışlarında 2024-cü il Paris Olimpiadasının bürünc mükafatçısı, fransalı üzgüçü Yoan Ndoye-Brouard sosial şəbəkədəki səhifəsində qazandığı medalı nümayiş etdirib.
Presssport.az xəbər verir ki, 4 ay ərzində mükafat bərbad vəziyyətə düşüb və rəngini itirib.
Ndoye-Brouard buna münasibət bildirərkən şəklin altında “Paris 1924” yazıb.
Təşkilatçılar buna dərhal reaksiya verərək, idmançıya yeni medal göndərəcəklərini bəyan edib: “Medallar Olimpiadanın ən çox arzulanan və idmançılar üçün ən qiymətli əşyalarıdı. Keyfiyyətsiz hala düşmüş medallar sistematik olaraq yeniləri ilə əvəz olunacaq".
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC