AFFA Region Liqasının startı fevralın 2-nə planlaşdırılıb.
Presssport.az xəbər verir ki, yeni mövsümdə turnirdə 56 komandanın iştirakı nəzərdə tutulub.
Belə ki, liqanı daha baxımlı və maraqlı etmək üçün bu dəfə formatda müəyyən dəyişikliklərin edilməsi qərara alınıb. Mübarizə 4 - Paytaxt və Şimal, Şimal-Qərb və Qərb, Mərkəz, Cənub zonaları üzrə gedəcək.
Xatırladaq ki, ötən mövsüm Region Liqasının qalibi Xaçmaz “Şimal”ı olub. Qaydalara görə, çempion birbaşa II Liqaya vəsiqə qazanır, 2-ci yerin sahibi isə II Liqada son pilləni tutan komandayla pley-off matçlarında oynamaq hüququ qazanır.
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC