Taekvondoçularımızın 2024-cü ildə beynəlxalq yarışlarda qazandığı medalların sayı açıqlanıb

Azərbaycan taekvondoçularının 2024-cü il ərzində beynəlxalq yarışlarda qazandığı medalların sayı açıqlanıb.

Presssport.az Taekvondo Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, idmançılarımız yarışlarda 27-si qızıl, 25-i gümüş və 52-si bürünc olmaqla, ümumilikdə 104 medal qazanıb.

Ötən il parataekvondo üzrə keçirilən mötəbər yarışlarda isə 4-ü qızıl, 3-ü gümüş, 4-ü bürünc olmaqla, ümumilikdə 11 medal qazanılıb.

İlin ən böyük uğurlarından biri Qaşım Maqomedovun (58 kq) Paris-2024 Yay Olimpiya Oyunlarında qazandığı gümüş medal olub. Parataekvondo üzrə təmsilçilərimiz İmaməddin Xəlilov (70 kq, K44) və Sabir Zeynalov (58 kq, K44) ölkəmizə Paralimpiya Oyunlarının bu növ üzrə ilk medallarını qazandırıb.

Avropa və dünya çempionu, Tokio-2020 Yay Paralimpiya Oyunlarının iştirakçısı İmaməddin Xəlilov Paris-2024 Yay Paralimpiya Oyunlarında tarixi uğur əldə edərək, parataekvondo üzrə ilk qızıl medala sahib çıxıb. Sabir Zeynalov (58 kq) isə Paris-2024-də fəxri kürsünün üçüncü pilləsində yer alıb.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC