Bu gün Əməkdar məşqçi Məhəmməd Məmmədovun doğum günüdü.
Presssport.az xəbər verir ki, “Kəpəz”in Futbol Akademiyasında çalışan mütəxəssisin 65 yaşı tamam olur.
Gəncə klubunun icraçı direktoru Cabir İbrahimov yubileyi münasibətilə məşqçini kollektiv adından təbrik edib, gələcək fəaliyyətində uğurlar arzulayıb.
Onu da bildirək ki, Məmmədov 40 ildir uşaq futbolunun inkişafı üçün əmək sərf edir. Təcrübəli məşqçi Azər Məmmədov, Faiq Cabbarov kimi futbolçuların yetişməsində rol oynayıb. Yubilyar 1990-2000-ci illərdə milli çempionatlarımızda hakimlik edib “Neftçi” ilə “Şəmkir” arasında Sumqayıtda keçirilən "Qızıl oyun"u (2001-ci ilin mayında) idarə edib.
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC