Argentinanın məşhur klubu “Boka Xuniors”un adları açıqlanmayan 3 futbolçusu dəri-zöhrəvi xəstəliyi olan sifilisə yoluxub.
Presssport.az xəbər verir ki, keçən həftə tibbi müayinədən keçən 34 komanda üzvündən 3-nün analizinin nəticəsi onların cinsi yolla keçən xəstəlikdən əziyyət çəkdiyini üzə çıxarıb. Məşqçilər heyəti və klub rəhbərliyi bu barədə məlumatlandırılıb. Maraqlıdı ki, məşqçilər heyəti bu vəziyyəti bilərək gizli saxlamaq istəyib, lakin hər şey nəzarətdən çıxıb.
Klubun mətbuat xidməti isə xoşagəlməz hadisə ilə bağlı şərh verməkdən imtina edib.
Onu da bildirək ki, Argentina çempionatında geridə qalan 27 turdan sonra "Boka Xuniors" 42 xalla turnir cədvəlinin 6-cı pilləsində yer alıb.
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC