Levandovski şikayət etdi, "Barselona"nın aşpazı işdən çıxarıldı

"Barselona"nın aşpazı Robert Levandovskinin oyunçulara verilən yeməyin keyfiyyəti ilə bağlı şikayətindən sonra işdən çıxarılıb.

Presssport.az xəbər verir ki, 37 yaşlı polşalı hücumçu komandanın baş məşqçisi Hans-Diter Flikə pis hazırlanan yumurtaların ona narahatlıq yaratdığını söyləyib.

Almaniyalı mütəxəsssis də zö növbəsində klub rəhbərliyinə aşpazın yüksək tələblərə cavab vermədiyini bəyan edərək, onun başqası ilə əvəzlənməsini istəyib. Futbolçuların qidalanmasına ciddi şəkildə diqqət ayıran Flik "Barselona"ya özü ilə fərdi pəhriz proqramları hazırlayan dietoloq da gətirib.

Xatırladaq ki, Levandovski u mövsüm Kataloniya komandasında meydana çıxdığı 24 oyunda 23 qola və 2 məhsuldar ötürməyə imza atıb.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC