“Araz-Naxçıvan” futzal klubu yeni baş məşqçi təyinatını reallaşdırıb.
Presssport.az xəbər verir ki, son çempion Evqeni Kukseviçlə anlaşıb.
53 yaşlı rusiyalı mütəxəssislə müqavilə 5 ay+1 il müddətini əhatə edəcək.
Kukseviç müxtəlif illərdə Vətənində “Sibiryak” və “Norilski Nikel”i çalışdırıb. O, məşqçi kimi Rusiya çempionatının gümüş və bürünc medallarını, 2019/2020-ci il mövsümündə isə ölkə kubokunu qazanıb.
Xatırladaq ki, cari mövsümə Vitali Borisovun rəhbərliyi altında başlayan “Araz-Naxçıvan”ı daha sonra Predraq Rayiç çalışdırıb. Komanda Yüksək Liqanın 8 turundan sonra 16 xalla 3-cü pillədə qərarlaşıb və lider “Baku Fire”dən 6 xal geri qalır.
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC