İdmançı karyerasını yeni başa vuran azərbaycanlı gimnast Zöhrə Ağamirova məşqçiliyə başlayır.
Presssport.az xəbər verir ki, o, "Ocaq Sport" klubunda məşqçi statusunda ilk addımlarını atacaq.
Klub Ağamirovanın onlarda bədii gimnastları çalışdıracağını artıq açıqlayıb. Zöhrə yanvarın 6-dan 11-dək həm Heydər Əliyev adına İdman-Konsert Kompleksində, həm də Bakı Olimpiya Kompleksində ilk məşqlərini keçirəcək.
Xatırladaq ki, Ağamirova 2 dəfə Olimpiadada çıxış edib, topla hərəkətdə Avropa çempionatının bürünc medalını qazanıb, İslam Həmrəyliyi Oyunlarının ikiqat qalibi və dəfələrlə Universiadanın mükafatçısı olub.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC