Ən güclü zərbəni Mahir Emreli vurub

Almaniya mətbuatı “Nürnberq”in futbolçularının mövsümün ilk yarısı üçün bəzi statistikasını açıqlayıb.

Presssport.az məşhur “Bild” nəşrinə istinadən xəbər verir ki, zərbənin gücü və sürəti ilə bağlı məlumatlarda azərbaycanlı hücumçu Mahir Emrelinin də adı qeyd olunub.

Belə ki, millimizin matçların II Bundesliqa oyunlarının birində vurduğu zərbə 118,1 km/saat sürətə çatıb. 

Bu, mövsümün ilk yarısında komandanın futbolçuları arasında ən yüksək göstəricidir. 

Xatırladaq ki, Emreli Almaniya klubuna ötən ilin avqustunda keçib. Hazırda onun aktivində 13 oyun, 4 qol və 1 məhsuldar ötürmə var.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC