II Dünya Müharibəsi zamanı ölümlə üz-üzə qalan ən yaşlı Olimpiya çempionu vəfat edib

Həyatda olan ən yaşlı Olimpiya çempionu Aqneş Keleti 103 yaşında dünyasını dəyişib.
Presssport.az xəbər verir ki, əfsanəvi macarıstanlı idmançı, idman gimnastikası üzrə 5 qat Olimpiya çempionu idi. 

O, bu qızıl medallardan 1-ni 1952-ci ildə Helsinki, 4-nü 1956-cı ildə Melburn Olimpiadasında qazanmışdı. Eyni zamanda Keletinin aktivində 3 gümüş, 2 bürünc medallar və 3 dünya çempionluğu vardı.
Aqnuş II Dünya Müharibəsi zamanı ölümlə üz-üzə qalmışdı. Çünki o, yəhudi əsilli idi və bu səbəbdən yığma komandanın heyətindən kənarlaşdırılmışdı. Həmin illərdə Aqneş adını dəyişdirməli olmuş və həyatda qalmaq üçün xadimə kimi işləmişdi.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC