Messi Co Bayden tərəfindən "Azadlıq medalı" ilə Ağ Evdə təltifedilmə mərasiminə qatılmayıb

"İnter Mayami"nin kapitanı Lionel Messi ABŞ Prezidenti Co Bayden tərəfindən "Azadlıq medalı" ilə təltifedilmə mərasiminə qatılmayıb.

Presssport.az xəbər verir ki, Messi Ağ Evdə keçirilən rəsmi tədbirə gedə bilməyib. 

Belə ki, 37 yaşlı argentinalı ulduz futbolçu bunun səbəbini tədbir təşkilatçılarına ünvanladığı məktubda vurğulayıb. O, işinin çoxluğuna görə tədbirə qatılmadığını qeyd edib.

Onu da bildirək ki, "Azadlıq medalı" ABŞ prezidenti tərəfindən təqdim edilən ən yüksək mülki mükafatdı. Medal Amerika Birləşmiş Ştatlarının çiçəklənməsinə, dünya sülhünə və ya digər əhəmiyyətli ictimai və ya özəl səylərə görkəmli töhfələr vermiş şəxslərə təqdim olunur.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC