Futzal millimizin baş məşqçisi Vitali Borisov Rusiyaya yollanıb.
Presssportaz xəbər verir ki, 40 yaşlı çalışdırıcı bu ölkənin yüksək liqa təmsilçisi olan MFK futzal klubunun məşq prosesində iştirak edib.
Borisov ikiqat ölkə çempionlarının məşqini izləyib, həmçinin komandanın və futzal üzrə Rusiya yığmasının məşqçisi Besik Zoidze ilə görüşüb.
Onu da bildirək ki, Rusiya klubunun idman direktoru vaxtı ilə “Araz-Naxçıvan” futzal klubunda işləmiş Arkadiy Belıydı.
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC