PFL “Ayın qolu” layihəsində dekabrın qaliblərini açıqlayıb

Peşəkar Futbol Liqası (PFL) Misli Premyer Liqası, I Liqa və II Liqada həyata keçirdiyi “Ayın qolu” layihəsində dekabrın qaliblərini açıqlayıb.

Presssport.az xəbər verir ki, bu barədə PFL-in mətbuat xidməti məlumat yayıb.

Misli Premyer Liqasında Toral Bayramov, I Liqada Bilal İsmayılov, II Liqada isə Vidadi Cəfərovun qolu dekabr ayının ən yaxşısı seçilib.

Xatırladaq ki, qaliblər ötən aydan etibarən qurumun rəsmi "Facebook" səhifəsindəki səsvermə nəticəsində yox, xüsusi seçilmiş 11 nəfərlik münsiflər heyəti tərəfindən müəyyənləşdirilir. Səsvermə nəticəsində bərabərlik olarsa, yekun qərarın verilməsi PFL-in səlahiyyətləri daxilindədi.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC