Ötənlərin məşhur hücumçusu Robbi Kinin baş məşqçi kimi yeni klubu müəyyənləşib.
Presssport.az xəbər verir ki, 44 yaşlı irlandiyalı mütəxəssis Macarıstanda çalışacaq.
Belə ki, Kin "Ferentsvaroş"un baş məşqçisi təyin olunub.
Bu barədə Budapeşt klubunim mətbuat xidməti məlumat yayıb. Amma yeni baş məşçqiylə imzalanan müqavilənin detalları barədə məlumat verilməyib.
Kinin son iş yeri İsraildə "Makkabi" olub. Tel-Əviv təmsilçisi onun rəhbərliyi altında ölkə çempionluğunu qazanıb.
Xatırladaq ki, “Ferentsvaroş”da "Qarabağ"ın sabiq legionerləri - braziliyalı yarımmüdafiəçi Kadi Borgeslə qanalı hücumçu Ovusu Kvabena çıxış edir.
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC