Kurban Berdıyev Qurban Qurbanovla Fernandu Santuşu qabaqlayır

Dünyanın ən güclü məşqçilərinin 2025-ci il üçün ilk reytinqi açıqlanıb 

Presssport.az xəbər verir ki, siyahıda planetin 500 ən güclü mütəxəssisi yer alıb.

Cədvəldə yeganə azərbaycanlı məşqçi Qurban Qurbanovdu. Belə ki, “Qarabağ”ın baş məşqçisi 1646 xala malikdi və dünyada 160-cıdır. 52 yaşlı mütəxəssis ötən cədvəldəki mövqeyini qoruyub.

“Turan Tovuz”un rusiyalı baş məşqçisi Kurban Berdıyev 1796 xalla dünyada 56-cıdı. O, 2 addım irəliləyib.

Millimizi çalışdıran Fernando Santuş 1624 xalla siyahıda 184-cüdü. Portuqaliyalı mütəxəssis 1 pillə yüksəlib.

Onu da bildirək ki, siyahıya “Mançester Siti”nin 2150 xala malik çalışdırıcısı Pep Qvardiola başçılıq edir.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC