"Milan"da bunu bacaran ilk baş məşqçi Serjiu Konseysau oldu

"Milan"ın yeni baş məşqçisi Serjiu Konseysau İtaliya Super Kubokunun final matçında "İnter" üzərində qələbədən sonra klubun tarixinə düşüb.

Pressssport.az xəbər verir ki, 51 yaşlı portuqaliyalı mütəxəssis "Milan"ın "sükanı arxasında" ən tez kubok qazanan mütəxəssis olub.

Görüş Sejiu Konseysaunun komandasının 3:2 hesablı qələbəsi ilə başa çatıb. Göründüyü kimi, portuqaliyalıya yeni klubunda ilk titulunu qazanmaq üçün cəmi 2 oyun kifayət edib.

Buna qədər "Milan" yarımfinalda "Yuventus" üzərində 2:1 hesablı qələbə qazanmışdı.

Onu da bildirək ki, Konseysau bunadək Vətənində çalışdırdığı "Portu"yla 3 dəfə ölkə Super Kubokunu qazanıb.  

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC