Azərbaycanın Olimpiya çempionu Hidayət Heydərov (73 kq) və millinin baş məşqçisi Riçard Trautman Beynəlxalq Cüdo Federasiyasının (IJF) təşkil etdiyi sorğuda ilk pillələrdə qərarlaşıb.
Presssport.az xəbər verir ki, Fransanın paytaxtı Parisdə keçirilmiş Olimpiadada qızıl medal əldə edən Heydərov "İlin cüdoçusu" nominasiyasında 2-ci sıradadı. Digər Olimpiya çempionumuz Zelim Kotsoyev (100 kq) isə 7 idmançı arasında 6-cıdı.
Yığmamızın almaniyalı baş məşqçisi Riçard Trautman hazırda "İlin məşqçisi" üçün aparılan səsvermədə 1-cidi.
Ötən il Peruda təşkil olunmuş dünya çempionatında qızıl medal əldə edən yeniyetmə cüdoçu Nihad Məmişov (55 kq) "İlin parlayan ulduzu" nominasiyasında ilk pillədədi.
Bundan əlavə, Azərbaycan Cüdo Federasiyasının "Uşaqlar üçün Adaptiv Cüdo" layihəsi "Uşaqlar üçün cüdo" kateqoriyasında liderdi.
Zelim Tskayev (81 kq) və Turan Bayramovun (60 kq) uğurlu fəndləri isə "İlin ipponu" üçün aparılan sorğuda 20 iştirakçı arasında müvafiq olaraq 10-cu və 14-cü yerdədi.
Onu da bildirək ki, səsvermə yanvarın 10-da başa çatacaq. 2024-cü ildə cüdoda dünyanın ən yaxşıları mükafatlarını fevralın 1-2-də Parisdə keçiriləcək "Böyük Dəbilqə" turnirində alacaq.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC