İnsident törədən idmançılar federasiyadan kənarlaşdırılıb

Azərbaycan Kikboksinq Federasiyasının (AKF) prezidenti Orxan Əliyev qurum əməkdaşlarının iştirakı ilə baş vermiş xoşagəlməz hadisə ilə bağlı qərarlar verib.

Presssport.az xəbər verir ki, vitse-prezident Ramal Aslanov tutduğu vəzifədən öz istəyi ilə azad edilib.

Bundan əlavə, AKF-nin nəzdində fəaliyyət göstərən, Elnur Həmidovun direktoru və baş məşqçisi olduğu "Dragon Fight Academy" idman klubunun lisenziyası ləğv olunub.

Fuad Zeynalovun isə Azərbaycan Kikboksinq Federasiyasının nəzdində məşqçi fəaliyyətinə xitam verilib.

Əvəzində Elşən Abdulrəhimov federasiyanın icraçı direktoru təyin edilib.

Xatırladaq ki, yanvarın 5-də Bakıda insident törədən idmançılar saxlanılıb, cinayət işi açılıb. Onlar barəsində artıq həbs qətimkan tədbiri seçilib. 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC