Azərbaycan Basketbol Federasiyasının (ABF) prezidenti Emin Əmrullayev və digər federasiya rəsmiləri ilə qitənin önəmli klub turnirlərindən biri sayılan FİBA Çempionlar Liqasının rəsmi şəxsləri arasında görüş keçirilib.
Presssport.az xəbər verir ki, qurum rəhbəri Azərbaycan Basketbol Liqasının (ABL) ildən-ilə artan keyfiyyətindən, ölkəmizdə basketbolun inkişafı ilə bağlı həyata keçirilən tədbirlər və hazırlanan yeni layihələr barədə danışıb.
Qarşılıqlı fikir mübadiləsi əsasında keçirilmiş görüşdə qurum rəhbəri əsas və müxtəlif yaş qrupları üzrə milli komandalar səviyyəsində görülən işlərdə FIBA-nın göstərdiyi dəstəyə görə rəsmilərə minnətdarlığını çatdırıb.
FİBA Çempionlar Liqasının rəsmiləri də öz növbələrində Azərbaycanda basketbolun inkişafı məqsədilə həyata keçirilmiş tədbirləri və başda "Sabah" klubu olmaqla klub basketbolunun da artan xətlə yüksəlişini qiymətləndirərək ABF-nin qarşıdakı illərdə də bu istiqamətdə fəaliyyətini yüksək səviyyədə davam etdirəcəyinə inandıqlarını söyləyib.
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC