Vüqar Həşimovun partlayışda yaralanan atası vəfat etdi

Azərbaycan tanınmış mərhum şahmatçsı Vüqar Həşimovun atası Qasım Həşimov vəfat edib.

Presssport.az xəbər verir ki, bu barədə Həşimovlar ailəsinin yaxını, tanınmış idman telejurnalisti Sənan Şəfizadə sosial media hesabında məlumat paylaşıb.

O, Həşimovun müalicə aldığı xəstəxanada bu gün vəfat etdiyini yazıb: “Vüqar Həşimovun qoxusunu ondan alırdıq. Ölkənin ən nüfuzlu şahmat turnirinin formalaşmasında, keçirilməsində əməyi danılmazdı. O, həm də çempion atası idi. Vüqarla uğurlu şahmat karyerasını birgə addımladı, dünyaya ən güclü şahmatçılardan birini bəxş etdi. Azərbaycanda ilk olan Vüqar Həşimov Şahmat Akademiyasını yaratdı. Qarşıda böyük planlar olduğu halda bizi tərk etdi”.

Xatırladaq ki, ötən il dekabrın 5-də Abşeron rayonu, Novxanı kəndində fərdi yaşayış evində partlayış baş verməsi səbəbilə Vüqar Həşimovun atası, 1949-cu il təvəllüdlü Qasım Həşimovun xəsarət almış və Mərkəzi Neftçilər Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilmişdi.

Allah rəhmət eləsin!

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC