Futbol hakimlərimiz Antalyada yoxlama oyunu idarə edib

Azərbaycanlı futbol hakimləri Türkiyənin Antalya şəhərində yoxlama oyunu idarə edib.

Presssport.az xəbər verir ki, Rumıniyanın “Universitatea Cluj” və Cənubi Koreyanın “Gangwon” klubları arasında təşkil olunan matçın baş hakimi Əli Əliyev olub.

Ona yan xətt hakimləri Asiman Əzizli və Sevda Nuriyeva köməklik edib.

Qarşılaşma “Universitatea Cluj”un 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Xatırladaq ki, azərbaycanlı hakimlərin Antalyadakı təlim-məşq toplanışı yanvarın 12-ə kimi davam edəcək.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC