“Qarabağ”ın hücumçusu Olavio Juninyo Avropanın daha bir nəhəng klubunun maraq dairəsində olub.
Presssport.az xəbər verir ki, bu iddia ilə “SBT Rio”nun əməkdaşı Venye Kasaqrande çıxış edib.
Onun sözlərinə görə, “Sevilya” ilə eyni vaxtda “Bayer” də “Qarabağ”a təklif göndərib: "Juninyoya maraq göstərən təkcə “Sevilya” deyildi. Digər məşhur klub “Bayer” də ona maraq göstərmişdi. Lakin həmin vaxt “Sevilya”nın təklifi həm klub, həm də oyunçu üçün daha sərfəli idi”.
Juninyonun Braziliya klubu “Flamenqo”ya keçidi indi daha real görünür. “Sambaçı”nın bu komandaya keçidinin “Qarabağ”a təxminən 4-5 milyon avro qazandırması gözlənilir.
Xatırladaq ki, Olavio keçən mövsüm Avropa Liqasında "Bayer"ə qarşı hər 4 matçda oynayaraq qollar (2) da vurub.
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC