Mərhum şahmatçı Vüqar Həşimovun atası dəfn olunub

Mərhum şahmatçı Vüqar Həşimovun atası, polkovnik Qasım Həşimov dəfn olunub.

Presssport.az, o, II Fəxri Xiyabanda - tanlnmış şahmatçı olan oğlu Vüqar Həşimovun yanında torpağa tapşırılıb.

Qasım Murtuza oğlu Həşimov 1949-cu ildə Goranboy rayonunda anadan olub. Uzun illər Mərkəzi Ordu İdman Klubunun rəisi vəzifəsində çalışıb.

Vüqarın karyerasında onunla birgə addımlayan Qasım Həşimov oğlunun ilk şahmat müəllimi kimi tanınıb. 2014-cü ildən keçirilən və Vüqar Həşimovun xatirəsinə həsr olunan şahmat üzrə superturnirin Təşkilat Komitəsinə rəhbərlik edib. 2016-cı ildə rəhbərlik etdiyi Vüqar Həşimov Şahmat Akademiyasını yaradıb.

Azərbaycanın Əməkdar məşqçisi olan Q.Həşimov 2023-cü ildə Azərbaycanda idmanın inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb.

Xatırladaq ki, QşHəşimov Abşeron rayonu, Novxanı kəndindəki fərdi yaşayış evində partlayış baş verməsi nəticəsində xəsarət almışdı. O, yanvarın 8-də müalicə aldığı xəstəxanada vəfat edib.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC