Hakimlərimiz Türkiyədə daha 3 oyun idarə edəcək

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışını davam etdirən Azərbaycan hakimləri daha 3 yoxlama oyununu idarə edəcək.

Presssport.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, yanvarın 10-da “Maqdeburq” - “Dinamo” (Kiyev) matçında Rauf Allahverdiyev, “Novi Pazar” – “Gangwong” görüşündə Əkbər Əhmədov, yanvarın 11-də isə “Hermanstadt” - “Neftçi” (Ferqana) qarşılaşmasında Kamran Əliyev baş hakim olacaq.

10 yanvar

15:00. “Novi Pazar” (Serbiya) – “Gangwong” U-23 (Cənubi Koreya)

Baş hakim: Əkbər Əhmədov

Baş hakimin köməkçiləri: Teymur Teymurov, Kərim Zeynalov

16:00. “Maqdeburq” (Almaniya) – “Dinamo” (Kiyev, Ukrayna)

Baş hakim: Rauf Allahverdiyev

Baş hakimin köməkçiləri: Rəhman İmami, Tərlan Talıbzadə

11 yanvar

16:00. “Hermanstadt” (Rumıniya) – “Neftçi” (Ferqana, Özbəkistan)

Baş hakim: Kamran Əliyev

Baş hakimin köməkçiləri: Şirmamed Mamedov, Gülnurə Əkbərzadə

Xatırladaq ki, yanvarın 8-də Rumıniyanın “Universitatea Cluj” və Cənubi Koreyanın “Gangwon” klubları arasında təşkil olunan yoxlama oyununun baş hakimi Əli Əliyev olub. Hakimlərimizin Türkiyə toplanışı yanvarın 12-də başa çatacaq.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC