Vaqif Cavadov: "Futbolçularımın əzmkarlığından razı qaldım"

"Sumqayıt" bu gün yoxlama oyunu çərçivəsində "Araz-Naxçıvan"la 2:2 hesablı heç-heçə edib.

Presssport.az xəbər verir ki, "kimyaçılar"ın baş məşqçisi Vaqif Cavadov matçdan sonra klubun mətbuat xidmətinə açıqlama verib. 

35 yaşlı mütəxəssisin fikirlərini diqqətinizə çatdırırıq: "Yeni ildə ilk oyunumuzu keçirdik. Sevindirici hal odur ki, məğlub olmadıq. Futbolçulara təlim-məşq toplanışı çərçivəsində ağır fiziki yüklənmələr vermişik. Bu səbəbdən də komandada yorğunluq hiss olunurdu. Bununla belə, futbolçularımın əzmkarlığından razı qaldım. Xüsusilə də şans verdiyimiz gənc futbolçuların oyunu məni qane etdi. Düşünürəm ki, onlar da zamanla özlərini inkişaf etdirərək əsas komandanın üzvünə çevriləcək".

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC