Rəşad Sadıqov: "Futbolçular məsuliyyətli və istəkli idil"

"Zirə" qış toplanışı çərçivəsində bu gün ilk yoxlama oyununu keçirib.

Presssport.az xəbər verir ki, "Şamaxı" ilə qarşılaşan "qartallar" 3:1 hesablı qələbə qazanıb.

Zirəlilrəin baş məşqçisi Rəşad Sadıqov matçdan sonra klubun mətbuat xidmətinə açıqlama verib: “Budəfəki qış fasiləsi əvvəlkilərdən bir az fərqlidi. 28-29 gün vaxt oldu, amma nəzərə almaq lazımdı ki, bu müddət aralığında 31 dekabr var idi. Plan qurmaq bir az çətin idi. Aydın məsələdi ki, futbolçuların çoxu həmin gün evdə olmaq istəyirdi. Ona görə də ilk rəsmi oyunumuza hazırlaşmaq üçün 15-16 gün vaxtımız var idi. Hazırlıq üçün istənilən qədər vaxt yox idi. Bu müddətə də “Şamaxı” və “Qarabağ”la iki yoxlama oyunu planlaşdırmışıq. Bu gün də ilk oyun idi, buna baxmayaraq, futbolçular məsuliyyətli və istəkli idi. Düşünürəm ki, hər iki komanda üçün yaxşı hazırlıq oyunu oldu”.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC