Qurban Qurbanov istədi, "Qarabağ" Milli Qəhrəmanın nəvəsini transfer etdi

"Qarabağ" yeni transfer edib.

Presssport.az xəbər verir ki, "Hypers Quba"nın oyunçusu Denis Ədilov Ağdam klubuna keçib.

20 yaşlı yarımmüdafiəçi ilə uzunmüddətli müqavilə imzalanıb.

II Liqada "Kasıbın Qavisi" ləqəbi ilə tanınan gənc bu ildən Əvəzedicilər liqasında özünü göstərməyə çalışacaq.

Futbolda ilk addımlarını Türkiyədə atmış və "Barselona"nın tanınmış yetirməsinə bənzədilən Ədilov hələ bir müddət "Qarabağ-2"də forma geyinəcək.

Əvəzedici heyətin baş məşqçisi Cavad Mirzəyevin dəvətiylə bura gələn orta sahə oyunçusu Qurban Qurbanovun da diqqət mərkəzində olacaq.

Çünki ona çatan məlumatlar əsas komandanın baş məşqçisində sözügedən yarımmüdafiəçiyə maraq yaradıb.

Onu da bildirək ki, Denis Azərbaycanın Milli Qəhrəmanı Yelmar Ədilovun nəvəsidi (sportinfo.az). 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC