AFFA-nın inkişaf strategiyası açıqanır - 5 əsas hədəf müəyyənləşib

AFFA-nın inkişaf strategiyasının layihəsi ictimaiyyətə açıqlanır. 

Presssport.az xəbər verir ki, assosiasiya tərəfindən 2024-cü ilin avqust ayında strategiyanın yazılışına başlanarkən ictimaiyyətə müraciət olunmuş və rəylər toplanmışdı. 

İnkişaf strategiyasının əsas hədəfləri bəlli olub və bu, milli assosiasiyanın açıqladığı layihədə öz əksini tapıb.

Kişilərdən ibarət əsas milli komandanın FİFA reytinqində ən yaxşı 75, qadınlardan ibarət yığmanın isə ən yaxşı 50 komanda sırasına yüksəldilməsi bu strategiyanın uzunmüddətli hədəflərindən hesab edilib.

UEFA-nın klub reytinqində (kişilər) ilk "20-liy"ə, qadın komandaları üçün isə ilk "40-lığ"a daxil olmaq da uzunmüddətli hədəf olaraq nəzərdə tutulub.

Avropanın aparıcı klublarının diqqətini cəlb edə biləcək istedadlı azərbaycanlı futbolçular və məşqçi heyətini yetişdirmək üçün Azərbaycanın yeni, innovativ Futbolun İnkişafı Mərkəzi yaradılacaq.

Kişilərdən və qadınlardan ibarət aşağı yaş qrupu üzrə milli komandaların Avropa çempionatlarının final mərhələlərinə mütəmadi vəsiqə qazanması üçün rəqabətqabiliyyətliliyi təmin ediləcək.

Bundan əlavə, Azərbaycanın peşəkar klublarının ümumi bazar dəyərini ikiqat artırmaq əsas hədəflərdən biridi.

Son olaraq strategiyanın layihəsinə rəy və təkliflərinizi 2025-ci il yanvarın 13-ü saat 12:00-a qədər bildirə bilərsiniz. Təqdim olunacaq rəylər nəzərə alındıqdan sonra strategiyanın yekun versiyası ictimaiyyətlə paylaşılacaq.

Təkliflərinizi göstərilən tarixə qədər aşağıda qeyd olunan link və ya e-mail vasitələri ilə bildirə bilərsiniz:

Link: https://forms.gle/gLrFP4sQFSCm9xpa8

E-mail: info@affa.az

Strategiyaya bu linkdən - (https://www.affa.az/files/23936/1196/59/2/1_0/AFFA_Strategy_Final_AZE.pdf ) keçid edə bilərsiniz. 

 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC