Rəşad Sadıqov Türkiyədə rəmzi komandaya düşdü

Milli komandamızın sabiq kapitanı və müdafiəçisi Rəşad Sadıqov Türkiyədə rəmzi komandaya düşüb.

Presssportaz xəbər verir ki, “TRT Spor”un versiyasına əsasən, Sadıqov “Kocaelispor”un tarixinin ən yaxşı legionerlərindən ibarət yığmasında yer alıb.

Sadıqov futbolçu kimi 2008/09 mövsümündə həmin dövr Türkiyə Super Liqasında yarışan “Kocaelispor”da oynayıb. O, bu komandanın azarkeşləri tərəfindən mübariz və əzmkar oyununa görə “Terminator” ləqəbi alıb. 

Xatırladaq ki, 43 yaşlı Sadıqov 2020-ci ildə futbolçu karyerasını başa vurub. Bir müddət sonra o, hazırda da çalışdırdığı “Zirə”nin baş məşqçisi olub.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC