Mingəçevir şəhər stadionunda əlavə meydançalar inşa olunacaq.
Presssport.az xəbər verir ki, bunu ASTA-nın (Azerbaijan Sport Talents Academy) prezidenti Rafael Bunyatov “Mingəçevir” klubu ilə tərəfdaşlıq müqaviləsinin imzalanması mərasimindən sonra jurnalistlərə açıqlamasında deyib.
O, akademiya yaradılacağını da vurğulayıb: "İlk növbədə I Liqada qalmağı planlaşdırmışıq. Daha sonra inkişaf üçün yeni baza yaratmaq, meydanları bərpa etməyi planlaşdırmışıq. Bazanın kənarında əlavə üç meydança nəzərdə tutulub. Futbol Akademiyası yaradılacaq. Marcet Akademiyasının təlimlərini Mingəçevir şəhərinə salmaq və burda hər il 4-6 toplanış keçirmək planlaşdırılıb".
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC