"Sevilya" azərbaycanlı futbolçularla maraqlanır

"Sevilya" "Marcet" akademiyasına seçilən bir neçə azərbaycanlı futbolçunu izləyir.

Presssport.az xəbər verir ki, bunu ASTA-nın (Azerbaijan Sport Talents Academy) prezidenti Rafael Bunyatov "Mingəçevir" klubu ilə tərəfdaşlıq müqaviləsinin imzalanması mərasimindən sonra jurnalistlərə açıqlamasında deyib.

O, detallar barədə danışmayıb: “Sevilya” 15 yaşlı futbolçularımızdan 1-2-si ilə maraqlanır. Lakin indi bütün sirləri açmaq istəmirəm. Ümumiyyətlə, bəzi azərbaycanlı futbolçuların Avropada oynamasını istəyirik".

Bunyatov “Barselona”ya məxsus olan qapıçı Eldar Tağızadənin icarə əsasında "Tudelano"da çıxış etdiyini xatırladıb: “Bildiyiniz kimi, hazırda Eldar “Barselona”nın üzvüdü. Bu, bizim üçün ilk müqavilə idi”. 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC