Albaniya Kubokunda 1/8 final mərhələsinin oyunları keçirilir.
Presssport.az xəbər verir ki, millimizin futbolçusu Zamiq Əliyevin formasını geyindiyi "Eqnatiya" bu gün "Kastrioti"ni qəbul edib.
Matç meydan sahiblərinin 4:0 hesablı qələbəsi ilə başa çatıb.
Zamiq də bu görüşün iştirakçısı olub. 23 yaşlı mərkəz müdafiəçisi matça start heyətində başlayıb və komandasının ilk qolunu vurub.
Bu, eyni zamanda Zamiqin keçən yay keçdiyi hazırkı klubunda ilk rəsmi qolu olub.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC