Minifutbol üzrə Azərbaycan çempionatında pley-off mərhələsinə vəsiqə qazanan komandalar bəlli olub.
Presssport.az xəbər verir ki, ilk "8-lik" XIII turun oyunlarından sonra dəqiqləşib.
"Birbaşa Bakı" 37 xalla müntəzəm mövsümü 1-ci pillədə başa vurub. "Zirə" 34 xalla 2-ci, "Aznur" 32 xalla 3-cü olub.
Növbəti sıralarda "Sumqayıt" (29 xal), "Galaxy" (26 xal), "Göyçə" (19 xal), "Star Bakı" (18 xal) və "Laçın" (15 xal) qərarlaşıb.
Xatırladaq ki, çempionatda 14 komanda mübarizəyə qoşulmuşdu.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC