Bu gün Azərbaycan Respublikası Atçılıq Federasiyası (ARAF) tərəfindən 2024-cü ilin yekunlarına həsr olunmuş tədbir keçiriib.
Presssport.az xəbər verir ki, tədbirdə Azərbaycan Respublikasının Gənclər və İdman naziri Fərid Qayıbov, federasiyanın prezidenti Elçin Quliyev, İdarə Heyətinin üzvləri və dəvət olunmuş qonaqlar iştirak edib.
Gənc nəsilin sağlam ruhda yetişdirilməsi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın ölkəmizdə idmanın inkişafına göstərdiyi diqqət və qayğı federasiyanın prezidenti Elçin Quliyevin açılış nitqində xüsusi olaraq vurğulanıb.
Federasiya prezidenti milli idman irsini inkişaf etdirmək, beynəlxalq səviyyədə uğur qazanmaq və atçılıq idmanını ölkədə daha geniş yaymaq üçün səy göstəriləcəyinə əminlik ifadə edib.
Tədbirin davamında federasiyanın baş katibi Bəhruz Nəbiyev tərəfindən 2024-cü ilin ən yaxşılarının mükafatlandırılma mərasimi təşkil olunub. Mükafatlar müxtəlif nominasiyalar üzrə təqdim edilib:
İlin Ədalətli Yarış Hakimi – Tahirov Zaur Aydın oğlu;
Mükafatlandırma mərasimindən sonra Qayıbov çıxış edərək ARAF-ın 2024-cü il ərzində əldə etdiyi uğurları yüksək qiymətləndirmiş, atçılıq sahəsində görülən işlərin Azərbaycanın milli idman irsini inkişaf etdirməkdə mühüm rol oynadığını vurğulayaraq federasiyanın beynəlxalq səviyyədə uğur qazanmaq və ölkəmizi layiqincə təmsil etmək istiqamətində həyata keçirdiyi təşəbbüslərin əhəmiyyətindən danışıb.
Tədbirin 2-ci hissəsində keçirilən iclasda 2025-ci il üçün federasiya qarşısına qoyulan hədəf və məqsədlər açıqlanmış, növbəti ilin planları müzakirə olunmuş və keçiriləcək tədbirlər, eləcə də yarışlar haqqında ətraflı məlumat təqdim olunub.
Tədbir iştirakçıları 2024-cü ilin uğurlarını qeyd edərək, növbəti ildə yeni zirvələrə çatmaq əzmini ifadə edib.
Hazırkı baş katib Bəhruz Nəbiyev Beynəlxalq Çövkən Federasiyasına prezident seçildiyinə görə, Azərbaycan Respublikası Atçılıq Federasiyasının yeni baş katibi vəzifəsinə yeganə namizəd olaraq Emil Seyidov irəli sürülüb. O, səsvermənin nəticələrinə əsasən, ARAF-ın yeni baş katibi seçilib.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC