AGF ötən il göstərilən nəticələrə əsasən reytinq siyahısını təqdim edib

Azərbaycan Gimnastika Federasiyası (AGF) ötən il idmançıların göstərdikləri nəticələrə əsasən reytinq siyahısını açıqlayıb.

Presssport.az xəbər verir ki, siyahıya Paris-2024 Yay Olimpiya Oyunlarında 5-ci olan bədii gimnastika üzrə qrup hərəkətləri komandası başçılıq edir.

İkinci yerdə akrobatika gimnastikasında çıxış edən cütlük - Ağasif Rəhimov və Raziyə Seyidli yer alıb. İlk "3-lüy"ü isə kişi idman gimnastikasında mübarizə aparan Nikita Simonov qapayır.

İlk "10-luq"da yer alan idmançıları təqdim edirik:

1. Qrup hərəkətləri komandası - Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova, Yelizaveta Luzan, Darya Sorokina (bədii gimnastika)

2. Ağasif Rəhimov və Raziyə Seyidli (akrobatika gimnastikası)

3. Nikita Simonov (kişi idman gimnastikası)

4. Şəms Ağahüseynova, Fidan Qurbanlı, İlahə Bahadirova, Gövhər İbrahimova (bədii gimnastika)

5. Daniel Abbasov və Murad Rəfiyev (akrobatika gimnastikası)

6. Selcan Mahsudova (batut gimnastikası)

7. Mədinə Mustafayeva və Vladimir Dolmatov (aerobika gimnastikası)

8. Kişi qrupu - Riad Səfərov, Abdulla Əl-Məşayxi, Rəsul Seyidli, Seymur Cəfərov (akrobatika gimnastikası)

9. Mixail Malkin, Tofiq Əliyev, Adil Hacızadə, Bilal Qurbanov (tamblinq)

10. Nazənin Teymurova (qadın idman gimnastikası)

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC