Kvaratsxeliya rəsmən PSJ-də

PSJ “Napoli”nin yarımmüdafiəçisi Xviça Kvaratsxeliyanı rəsmən heyətinə qatıb.

Presssport.az xəbər verir ki, bunu paytaxt təmsilçisinin mətbuat xidməti açıqlayıb.

Özü də parislilər Kvaratsxeliya ilə müqavilə bağlandığını məmnuniyyətlə elan edib. 

“7 nömrə”li formanı geyinəcək 23 yaşlı cinah oyunçusu klubun tarixində ilk gürcüstanlı futbolçu olacaq.

Razılaşmaya görə, Tiflis “Dinamo”sunun yetirməsi 2029-cu ilin iyununadək PSJ-də top qovacaq.

İtaliyalı insayder Fabritsio Romano “qırmızı-mavilər”in Neapol komandasına 70 milyon avro ödədiyini xəbər verib.

Xatırladaq ki, Xviçanın atası millimizin sabiq futbolçusu Badri Kvaratsxeliyadı.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC