Azərbaycan Üzgüçülük Federasiyasına yeni prezidenti seçilib

Azərbaycan Üzgüçülük Federasiyasının (AÜF) İcraiyyə Komitəsinin tərkibi təsdiq edilib.

Presssport.az xəbər verir ki, bu barədə qərar AÜF-nin Gənclər və İdman Nazirliyinin inzibati binasındakı ümumi yığıncağında qəbul edilib.

Tədbirdə çıxış edən gənclər və idman naziri Fərid Qayıbov yığıncaq iştirakçılarını salamlayaraq onlara uğurlar arzulayıb.

Səsvermənin nəticələrinə əsasən növbəti 4 il müddətinə Zaur Əliyev AÜF-nin yeni prezidenti, Xaliq İldırımzadə, Dəyanət Sədullayev və Ümid Abuzərli vitse-prezidentlər, Şamil Əbdürrəhmanov, Eldar Abbasov, Ruslan Ələkbərov, Azər Babayev və Mark Koqanov isə İcraiyyə Komitəsinin üzvləri seçilib.

Sonda Əliyev çıxış edərək etimada görə təşəkkür edib, bu idman növünün inkişafı üçün əlindən gələni edəcəyini bildirib. Federasiyanın sabiq prezidenti Xanlar Fətiyev yeni prezidentə və üzvlərə uğurlar arzulayıb.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC