Abdolbari Gozal vəfat edib

“Azersun Holdinq”in Müşahidə Şurasının sədri, "Qarabağ” Futbol Klubunun fəxri prezidenti Abdolbari Gozal dünyasını dəyişib.

Presssport.az xəbər verir ki, o, 76 yaşında Dubay şəhərində vəfat edib.

Bu barədə Ağdam təmsilçisinin mətbuat xidməti məlumat yayıb:

"Dərin hüznlə bildirmək istəyirik ki, Azərbaycan iqtisadiyyatının inkişafına verdiyi mühüm töhfələrə görə ölkə başçısı tərəfindən "Şöhrət" ordeni, "Tərəqqi" medalı, onlarla yerli və qlobal mükafatla təltif edilən xeyriyyəçi iş adamı, "Azərsun Holdinq"in qurucusu, “Qarabağ” FK-nın fəxri prezidenti Abdolbari Gozal vəfat edib. O, 2001-15-ci illərdə klubumuzun prezidenti, 2015-ci-2025-ci illərdə fəxri prezidenti olub. Bu illər ərzində komandamız 10 dəfə Azərbaycan çempionu olub, 7 dəfə ölkə kubokunun qalibi olub.

Allah rəhmət eləsin!"

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC