"Qarabağ" son 21 mövsümün rekordunu təkrarlayıb

"Qarabağ” Misli Premyer Liqasının 2024/25 mövsümündə 50 qol vuran ilk komanda olmaqla yanaşı, son 21 mövsümün rekordunu da təkrarlayıb.

Presssport.az Peşəkar Futbol Liqasının mətbuat xidmətinə istinadən xəbər verir ki, Ağdam klubunun yubiley topu XIX turun “Şamaxı” ilə ev matçına (3:2) təsadüf edib.

50-ci qol Cəlal Hüseynovun avtoqolu ilə gerçəkləşib.

50 qol üçün “Qarabağ”a 19 matç kifayət edib. 

Ağdam klubu 2 il əvvəl – 2022/23 mövsümündə də 50-ci qolunu 19-cu oyununda vurub.

Ölkə çempionatları tarixində isə 10-cu dəfə bir komanda 50 qol həddinə 19 və ya daha az oyunda çatıb. 

Mütləq rekord 1996/97 mövsümündə qeydə alınıb. “Neftçi” 50-ci qolunu 13-cü turda vurub. “Kəpəz” 15-ci (1995/96) və 16-cı (1998/99) oyununda “100”ü yarılayıb.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC