Misli Premyer Liqası dünya reytinqində 2023-cü illə müqayisədə 4 pillə irəliləyib.
Presssport.az xəbər verir ki, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) 2024-cü ilin yekununa əsasən dünyanın ən güclü 100 futbol liqasının siyahısını dərc edib.
Azərbaycan çempionatı 434,25 əmsalla 36-cı yerə yüksəlib.
Ölkə çempionatı bu göstərici ilə Avropada 22-ci, keçmiş SSRİ ölkələri arasında isə 1-cidir.
Siyahıya 1992 əmsala malik İtaliya A Seriyası başçılıq edir. İspaniya La Liqası 2-ci (1885), İngiltərə Premyer Liqası isə 3-cü sırada (1871) qərarlaşıb.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC