Misli Premyer Liqasının XIX turunda “Turan Tovuz”a qarşı oyun “Kəpəz”in 2 futbolçusu üçün əlamətdar olub.
Presssport.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, Turan Manafov və Karim Lkoça Gəncə klubunun heyətində ölkə çempionatlarında ilk qollarını vurub.
Bu qarşılaşmaya qədər “Kəpəz”in 148 futbolçusu rəqib qapısına yol tapıb. Dubl müəllifi olan Turan bu siyahıda 149-cu, Karim isə “Kəpəz” üçün Premyer Liqada qol vuran 150-ci futbolçu olub.
Onu da bildirək ki, yalnız 3 klubun – “Qarabağ”, “Neftçi” və “Şamaxı”nın heyətində daha çox oyunçu fərqlənib.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC