"Turan Tovuz" tarixində uğursuz ilk

"Turan Tovuz" tarixində ilk dəfə Premyer Liqa matçında 4-dən çox top buraxıb.

Presssport.az Peşəkar Futbol Liqasının mətbuat xidmətinə istinadən xəbər verir ki, bu, Misli Premyer Liqasının XIX turunda, “Kəpəz”lə oyunda (5:2) reallaşıb.

“Kəpəz” isə 11 il 8 aydan sonra bir matçda 5 və ya daha çox qol vurub. Gəncəlilər sonuncu dəfə 2013-cü il mayın 13-də “Turan”la səfər qarşılaşmasında belə məhsuldar olub – 5:3.

“Kəpəz”in ev matçında 5 və ya daha çox qol vurması isə sonuncu dəfə təxminən 19 il – konkret desək, 18 il 8 ay öncə qeydə alınıb. Gəncə təmsilçisi 2006-cı il mayın 29-da MOİK-i 5:3 hesabı ilə üstələyib.

Onu da bildirək ki, 7 qolun vurulduğu görüş həm də mövsümün ən məhsuldar qarşılaşması adına şərik olub. Oktyabrın 4-də baş tutuan “Kəpəz” – “Neftçi” matçında da eyni sayda qol vurulub – 4:3.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC