Mourinyo öz şərab brendini təqdim etdi

"Fənərbaxça"nın baş məşqçisi Joze Mourinyo yeni şərab brendi yaradıb.

QOL.az xəbər verir ki, brend "The Special One" adlanır.

62 yaşlı portuqaliyalı mütəxəssis markasının saytında öz açıqlamasını yayımlayıb. Açıqlamada bildirilib: “Bütün sahələrdə dəqiqliyi, keyfiyyəti və mükəmməlliyi qiymətləndirən biri kimi mən öz şərab brendimi təqdim etməkdən qürur duyuram. “The Special One”! Bu şərablar Portuqaliyanın əl ilə seçilən, mükəmməl üzümlərindən hazırlanır”.

Şərabların qablaşdırılması unikaldır. Onların üzərində Mourinyonun siluetini əks etdirən etiket var. Bir şüşə şərabın qiyməti 120 avrodan başlayır.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC