“Neftçi”nin 17 yaşadək oğlanlardan ibarət komandası Türkiyədə beynəlxalq yoldaşlıq matçları keçirəcək.
Presssport.az Bakı klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, komanda fevralın 8-də qardaş ölkəyə yollanacaq.
Ötən mövsüm U-16 liqasının qalibi olmuş Asif Ramazanovun yetirmələri Türkiyə nəhəngləri – “Beşiktaş”, “Qalatasaray” və “Fənərbaxça”nın müvafiq yaş qrupundan ibarət komandaları ilə qarşılaşacaq.
Oyunlar meydan sahiblərinə məxsus “Beşiktaş Ümraniyə”, “Florya Mətin Oktay” və “Fənərbağça Dərəağzı” təlim-məşq bazalarında keçiriləcək.
Onu da bildirək ki, beynəlxalq yoldaşlıq görüşləri fevralın 9 və 15 aralığında keçiriləcək. “Neftçi” fevralın 16-da Bakıya qayıdacaq.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC