Türkiyədəki yanğında futbol klubunun sabiq prezidenti və "Fənərbaxça"nın idmançısı həyatını itirib

Türkiyənin Bolu bölgəsinin Kartalkaya Xizək Mərkəzindəki hoteldə baş verən yanğın nəticəsində “Orduspor”un sabiq prezidenti Nedim Türkmen vəfat edib.

Presssport.az xəbər verir ki, 66 yaşlı keçmiş klub rəhbəri faciə nəticəsində ailə üzvləri ilə birlikdə dünyasını dəyişib.

Türkmen 2009-14-cü illərdə "Orduspor"un prezidenti vəzifəsində çalışıb.

Yanğın nəticəsində “Fənərbaxça”nın idmançısı Vedia Nil Apak da həyatını itiirb.

11 yaşlı üzgüçü ilə yanaşı, anası Ferda Apak da vəfat edib.

Onu da bildirək ki, yanğında 66 nəfər həyatını itirib, 51 nəfər yaralanıb.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC